FHN zəvvarlarımızın qəzası barədə məlumat yaydı, 3 ölü, 10 yaralı

Fövqəladə Hallar Nazirliyi zəvvarların qəzaya uğraması barədə məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Biləsuvar rayonu Bakı-Astara yolunun 91-ci kilometrliyində sərnişin avtobusu idarəetməni itirərək yol kənarına aşıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Avtomobildə olan 33 sərnişindən 3 nəfəri aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib, 10 nəfər sərnişin isə müxtəlif bədən xəsarətləri alıblar. Meyitlər və xəsarət alanlar yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlardan istifadə olunmaqla avtobusdan çıxarılaraq aidiyyatı üzrə təhvil verilmişlər. Əməliyyat saat 07:30-da başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31