Bakıda külli miqdarda qızıl oğurlanıb
13 Oktyabr 2014 10:17 KriminalBakıda mənzildən xeyli miqdarda qızıl və pul oğurlanıb. Lent.az-ın məlumatına görə, hadisə Xətai rayonu Qaçaq Nəbi küçəsi 12, ev 13 ünvanında baş verib. Polisə müraciət edən ev sahibi Fərzixanova Nərgiz Balakərim oğlu evdə kimsənin olmadığı 2 gün ərzində naməlum şəxs və ya şəxslərin mənzilə soxulduğunu bildirib. Açar seçmə yolu ilə mənzilə daxil olan şəxslər 25 min manat dəyərində qızıl və xeyli pul götürüblər.Faktla bağlı zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31