Kürdəmirdə balta ilə quldurluq törədilib
Naməlum şəxs balta ilə mağazanın işçilərinə hədə-qorxu gələrək kassada olan pulları götürüb
13 Oktyabr 2014 10:07 KriminalKürdəmir rayonunda soyuq silahdan istifadə etməklə mağazadan pul aparan şəxs saxlanılıb. Hadisə rayonun Heydər Əliyev prospektində yerləşən ərzaq mağazasında qeydə alınıb. Rayonun Xırdapay kənd sakini Sərxan Əhmədov ona məxsus mağazaya naməlum şəxsin balta ilə hücum edərək quldurluq etməsi barədə Kürdəmir rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib.Dükan sahibinin sözlərinə görə, naməlum şəxs balta ilə mağazanın işçilərinə hədə-qorxu gələrək kassada olan pulları götürərək qaçıb. Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış işləri həyata keçirilib. Hadisəni törətməkdə şübhəli bilinən Kürdəmir sakini Xəqani Allahyarov tutularaq istintaqa təhvil verilib. Saxlanılan şəxs əməllərini etiraf edib.Xəqani Allahyarovun əvvəllər də məhkumluq həyatı yaşadığı bildirilir. Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsi tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır.