Taxta sexində yanğın baş verib

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan taxta sexdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, sexdə taxta konstruksiyalardan ibarət fəhlələrin soyunub-geyinmə otağı 25 kv.m sahədə və sexin ətrafinda 60 kv.m sahədə quru ot və taxta yonqarı yanıb. Yanğından sex və yaxınlıqdakı tikililər mühafizə olunub.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31