Qəzaya düşən məşhur azərbaycanlı aktyor əməliyyat edildi
12 Oktyabr 2014 17:36 KriminalTürkiyənin məşhur aktyorlarından biri, azərbaycanlı Tamer Karadağlı helikopterlə özəl xəstəxanaya aparılıb. Milli.Az anspress-ə istinadən bildirir ki, aktyor sağ qolundan yaralanıb.Sağ əli biləyindən qırılan aktyorun əməliyyat edildiyi, vəziyyətinin yaxşı olduğu bildirilib. Karadağlının aktyor yoldaşları da onu ziyarət ediblər. "Çocuklar duymasın" serialının aktyoru Furkan Kızılay vəziyyətinin yaxşı olduğunu deyib. Aktrisa Pınar Altuğ da mətbuata açıqlama verərək Karadağlının sadəcə biləklərində qırıqların olduğunu, əməliyyatdan sonra vəziyyətinin yaxşılaşdığını deyib.Xatırladaq ki, Karadağlı 30 motosikletçi dostu ilə iş adamı Mert Nayiri ziyarət etmək üçün İznikə gəlib. Qayıdış zamanı isə Müşkülə kəndi yaxınlığında qəzaya uğrayıb. Dostları dərhal özəl hava ambulansı çağırıblar və yaralı aktyor sağ qolu sarıqlı vəziyyətdə helikopterə mindirilib. Qəza yerində çəkilişə imkan verməyən dostları onun motosikletini İstanbula aparıblar.