Qəza törətdi, vəziyyəti ağırdır
24 Avqust 2012 12:43 KriminalQuba rayonu ərazində ağır yol nəqliyyat hadisəsi baş verib. Qəza Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 159-cu km-də, Qubanın İqrıq kəndi ərazində qeydə alınıb. 47 yaşlı Quba rayonu, İqrıq kənd sakini Əlibala İskəndərovun idarə etdiyi 85 BM 273 dövlət nömrə nişanlı "Qaz 53" markalı yük maşını ilə 27 yaşlı Bakı şəhər sakini Elman Quliyevin idarə etdiyi 90 JE 621 dövlət qeydiyyatlı ağır tonnajlı yük maşını toqquşub. Qəzadan sonra hər iki avtomobil aşıb. Qəza nəticəsində Əlibala İskəndərov qapalı kəllə-beyin travması, baş beynin əzilməsi diaqnozu ilə Quba Rayon Mərkəzi Xəstəxanasınının reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Hazırda fakt araşdırılır. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31