Sevgilisinin başını kəsən şəxs həbsxanada intihar etdi
10 Oktyabr 2014 19:22 KriminalTürkiyədə 4 il bundan öncə 17 yaşlı Münəvvər Qarabuludun başını kəsən Cem Qariboğlu həbsxanada özünü asıb. Lent.az-ın məlumatına görə, Cem Qariboğlu 24 il azadlıqdan məhrum olunmuşdu. Silivri cəzaçəkmə müəssisində olan Qariboğlu bu gün yatdığı tək nəfərlik kamerada özünü mələfə ilə asıb. Onun intihar etməsi həbsxana rəhbərliyi tərəfindən səhər sayımı zamanı bilinib. Bakırköy prokurorluğu məsələni araşdırır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31