Azərbaycanda məşhur verilişin eksperti öldürüldü

Azərbaycanda “falçı-cadugər Timur” kimi tanınan Timur Nəsirov qətlə yetirilib

Bu barədə publika.az-a Nəsirovun yaxınları məlumat veriblər. Bildirilir ki, o, bir nəfər tərəfindən Dağıstan Respublikasına dəvət olunub. Amma onun evə gətirilməyi ailədə narazılığa səbəb olub. Daha doğrusu, ailə üzvləri cadugərin evə gətirilməyinə kəskin şəkildəetirazlarını bildiriblər və dava düşüb. Münaqişə zəminində Nəsirov qətlə yetirilib. Aldığımız son məlumata görə, hadisə dünən baş verib. Bu gün səhər saatlarında Timurun ailəsi onun meyitini gətirmək üçün Dağıstana yola düşüblər.
Qeyd edək ki, üç dəfə ailəli olmuş T.Nəsirov ANS-də yayımlanan "Adam içində" verilişinin daimi ekspertlərindən idi. Hadisə ilə bağlı ətraflı məlumat verməyə çalışacağıq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31