Gəncədə 4 otaqlı tikili yanıb

Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus 4 otaqlı tikilidə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 280 kv.m olan birmərtəbəli tikilinin çardağının taxta atmaları və lambirdən ibarət tavanı 170 kv.m sahədə yanıb. Tikilinin qalan hissəsi və içərisindəki əşyalar yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31