Sabunçuda mağaza yanıb

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus mağazada yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 50 kv.m olan ərzaq mağazasının dam örtüyü 5 kv.m və ona bitişik taxta konustruksiyalardan ibarət köməkçi tikili 5 kv.m sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31