DİN Ağcabədidəki dəhşətli qətl barədə məlumat yaydı

Daxili İşlər Nazirliyi Ağcabədidəki dəhşətli qətllə bağlı məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, oktyabrın 9-da Ağcabədi rayonunun Hacıbədəlli kəndində Gəncə şəhər sakini Səltənət Əliyevanın üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. İlkin araşdırmalar zamanı S.Əliyevanın oktyabrın 8-də Gəncə şəhərindən həmyerlisi Aydın Qasımov tərəfindən evlənmək məqsədi ilə oğurlanıb Hacıbədəlli kəndinə aparılması və aralarında baş vermiş münaqişə zəminində onun tərəfindən boğulması müəyyən edilib. Ağcabədi RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Qasımov tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31