DİN “Karvan”TM-də ölən və yaralananların adlarını açıqladı

Daxili İşlər Nazirliyi Sumqayıtdakı yanğınla bağlı məlçumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumatda deyilir ki, oktyabrın 9-da saat 21 radələrində Sumqayıt şəhəri 32-ci məhəllədə 3 mərtəbəli "Karvan" ticarət mərkəzinin sahəsi 300 kvm. olan 1-ci mərtəbəsində yanğın baş verib. Nəticədə yanar konstruksiyalar və əşyalar yanıb, orada fəhlə işləyən İmişli rayon sakini İlqar Əliyev tüstüdən boğularaq ölüb, Şirvan şəhər sakinləri Ramiz Əhmədova, Ramil İsmayılova və Salyan rayon sakini Nicat İsmayılova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31