Azərbaycanda polis şöbəsinə heroin keçirən saxlanıldı
10 Oktyabr 2014 16:38 KriminalLənkəranda Polis şöbəsinə narkotika keçirən şəxs yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinjadən yaydığı məlumata görə, Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 9-da ŞRPŞ-nin Müvəqqəti Saxlama Yerində Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə saxlanılan Bəhruz Musayevə sovqat gətirmiş şəhər sakini Şahin Əliyevin bağlamasında 1,5 qram heroin və 1 ədəd şpris aşkar edilərək götürülüb. B.Musayevin saxlandığı kameraya baxış zamanı isə 1 ədəd mobil telefon aşkar edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31