Bakıda saxta sənədlə yaşayan Gürcüstan vətəndaşı aşkarlanıb

Bakıda xarici ölkə vətəndaşının saxta sənədlə yaşaması müəyyən edilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gürcüstan vətəndaşı Samir Orucovun Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini və ümumvətəndaş pasportunu saxtalaşdırması və istifadə etməsi müəyyən edilib. S.Orucov barəsində Cinayət Məcəlləsinin 320-ci maddəsi ilə cinayət işi başlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31