Ordubad sakini tapdığı silah-sursatı polisə təhvil verib
10 Oktyabr 2014 14:37 KriminalOrdubad sakini tapdığı silah-sursatı polisə təhvil verib. Trend DİN-in saytına istinadən xəbər verir ki, Ordubad rayonunun Nüsnüs kənd sakini Qulu Salehov tapdığı 6 ədəd tapançanı (onlardan 1-i "Voltran", 1-i "Platin" markalı, 4-ü isə kustar üsülla hazırlanmış), 6 ədəd qumbaranı (onlardan 2-si kustar üsülla hazırlanmış), 1 ədəd mərmini, 790 ədəd müxtəlif çaplı patronu və 9 ədəd patron darağını RPŞ-yə təhvil verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31