FHN “Karvan” Ticarət Mərkəzindəki yanğınla bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi Sumqayıtdakı "Karvan" Ticarət Mərkəzindəki yanğınla bağlı məlumat yayıb.APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə,  hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikası cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.
Məlumatda bildirilib ki, ümumi sahəsi 10000 kv.m olan 4 mərtəbəli ticarət mərkəzinin 1-ci mərtəbəsinin yanar konstruksiyaları  600 kv.m sahədə və içərisində olan satış malları yanıb. Yanğının kəşfiyyatı zamanı 1967-ci il təvəllüdlü Əliyev İlqar Tərlan oğlunun meyiti aşkar olunub və yuxarı mərtəbələrdən 6 nəfər fəhlə yanğınsöndürən-xilasedicilər tərəfindən xilas olunub.Yanğından ticarət mərkəzinin qalan hissəsi mühafizə olunub. Ərazidə təhlükəsizlik tədbirləri görülüb.Yanğın saat 21:58-də söndürülüb

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31