Partlayan binada işlər gedir VIDEO

Partlayış nəticəsində binanın yuxarı mərtəbələrinə heç bir ziyan dəyməyib

Partlayış baş verən hündürmərtəbəli binada yerləşən şirniyyat sexində işlər hələ də davam etdirilir. ANS TV-nin məlumatına görə, dünən Binəqədi rayonu Biləcəri qəsəbəsində hündürmərtəbəli binanın birinci mərtəbəsində partlayış baş vermişdi. FHN, Baş Prokrorluq və rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində işləri davam etdirirlər. Partlayış nəticəsində baş vermiş dağıntiıları təmizləmək üçün əraziyə ağır texnika cəlb olunub. Partlayış nəticəsində binanın yuxarı mərtəbələrinə heç bir ziyan dəyməsə də, aşağı mənzillərin bir neçə pəncərəsi zərbənin təsirindən qopub tökülüb. Həmçinin həyətdə dayanan maşınlara da ciddi ziyan dəyib. Hadisə şahidlərinin sözlərinə görə partlayış nəticəsində 5 maşın yararsız hala düşüb. Xilasedicilər uçqun altında qalan 8 nəfər yaralını xilas ediblər. 1nəfər isə 22 yaşlı Ehtiramın meyidini çıxarmaq mümkün olub. Bakı Şəhər Prokurorluğunun əməkdaşı Ehtiram Baxşəliyev araşdırmaların davam etdiyini dedi. Xatırladaq ki, hadisə dünən saat 18:00-da hündürmərtəbəli binanin birinci mərtəbəsində yerləşən şirniyyat sexində baş verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31