Qubada 6 otaqlı ev yanıb

Quba rayonu, Xanagahyolu kəndində vətəndaşa məxsus evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 224 kv.m olan ikimərtəbəli 6 otaq və aynəbəndən ibarət evin dam örtüyünün yanar konstruksiyaları 90 kv.m sahədə, bir otağın yanar konstruksiyaları və ev əşyaları 16 kv.m sahədə yanıb. Yanğından evin qalan hissəsi mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31