Qaçırdığı qızı öldürən şəxsin kimliyi bilindi
Hadisəni törədən Aydın Qasımov saxlanılıb
9 Oktyabr 2014 13:07 KriminalAğcabədi rayonunda meyiti tapılan qızın kimliyi məlum olub. Rayon Prokurorluğundan Anspress-in bölgə müxbirinə verilən məlumata görə, meyit avtomobil yolunun kənarından tapılıb. Araşdırmalar zamanı onun Gəncə şəhər sakini 1998-ci il təvəllüdlü Səltənət Mədət qızı Əliyeva olduğu məlum olub. Onun bir müddət əvvəl 1993-cü il təvəllüdlü Aydın Əbülfəz oğlu Qasımova tərəfindən qaçırılıbmış. Sonradan elə həmin şəxs tərəfindnə qətlə yetirilib. O, qızı boğaraq öldürüb. Hadisəni törədən Aydın Qasımov saxlanılıb. Hazırda həmin şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31