Azərbaycanda "KamAZ"a çırpılan avtobus alışdı, 40-adək sərnişin ağır yaralandı
9 Oktyabr 2014 11:09 KriminalTrend bildirir ki, yol qəzası ilə bağlı Fövqəladə Hallar Nazirliyi rəsmi məlumat yayıb.Məlumatda bildirilir ki, Bakı-Qazax yolunun 364-cü kilometrliyində, Göygöl rayonu ərazisində "KAMAZ" markalı yük avtomobili ilə "MERCEDES" markalı sərnişin avtobusunun toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Yanğın nəticəsində sərnişin avtobusunun yanar hissələri yanıb. Yük avtomobili yanğından mühafizə olunub. Yanğın saat 03:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31