Bakıda 21 yaşlı qız faciəvi şəkildə öldü
Gənc qızın meyiti hamam otağında tapılıb
8 Oktyabr 2014 17:54 KriminalBakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az-ın məlumatına görə, Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi 17 ünvanında kirayə yaşayan Kürdəmir rayonunun Şahsevən kənd sakini, 1993-cü il təvəllüdlü Leylaxanım Vüqar qızı (soyadını dəqiqləşdirmək mümkün olmayıb) evin hamam otağında vəfat edib. Onun üzərində hər hansı zorakılıq əlaməti olmayıb. 21 yaşlı qızın hamamda olarkən dəm qazından boğulduğu ehtimal edilir. Faktla bağlı araşdırmalar aparılır, müvafiq ekspertizalar təyin edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31