Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus çay üvində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə ümumi sahəsi 100 kv.m olan çay evinin yanar konstruksiyaları və içərisindəki əşyalar 30 kv.m sahədə yanıb. Çay evinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31