Bakıda 40 minlik cinayət
Nərimanovda evdən pul və qızıl aparan şəxs saxlanılıb
8 Oktyabr 2014 15:56 KriminalBakının Nərimanov rayonunda ev qarət olunub. Anspress-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, oğurluq Saləddin Hüseynovun mənzilində baş verib. Evindən 40000 manat və qızıl əşyalarını oğurlanıb. Şikayət əsasında Nərimanov rayon Polis İdarəsi 16-cı polis bölməsinin əməkdaşları əməliyyat keçirib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Mingəçevir şəhər sakini Asif Murtuzov tutulub. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31