Anası məhbusa telefon ötürmək istədi
8 Oktyabr 2014 14:51 KriminalƏdliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Cinayət Məcəlləsinin 371-2.1 və 67.1 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Əli Ərrəhman oğlu İsmayılovun yanına qısamüddətli görüşə gəlmiş anası, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, N.Naxçıvani küçəsi, döngə 4, ev 3 ünvanında yaşayan vətəndaş Səadət Arif qızı İsmayılovanın görüş otağında üzərinə və gətirdiyi sovqata baxış keçirilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "OLAYLAR"a verilən məlumata görə, baxış zamanı sovqatda olan holland pendirinin içərisində xüsusi üsulla gizlədilmiş 3 ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.