Bakı-Qazax yolunda ağır qəza: Ölən var
8 Oktyabr 2014 12:25 KriminalBu gün Qaradağ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Bakı-Qazax magistralının 25-ci kilometrliyində "VAZ" markalı minik avtomobili ilə "Hundai" markalı mikroavtobus toqquşub. Nəticədə hər iki avtomobil deformasiyaya uğrayıb. Dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və məlum olub ki, "VAZ"ın sərnişini Teymur Abdullayev aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. T.Abdullayevin cəsədini deformasiyaya uğrayan avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31