Avtomobil elektrik dirəyinə çırpıldı: 1 ölü, 1 yaralı
Lənkəranda ölümlə nəticələnən yol qəzası baş verib
8 Oktyabr 2014 11:26 KriminalÖtən gecə Lənkəranda ölümlə nəticələnən yol qəzası baş verib. Anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, Zərifə Əliyeva keçəsində 1991-ci il təvəllüdlü Şəhriyar Etibar oğlu Kazımovun idarə etdiyi "VAZ-2107" markalı, 42 BS 177 dövlət nömrə nişanlı avtomobil yolun kənarındakı beton elektrik dirəyinə çırpılıb. Qəza nəticəsində avtomobildə olan sərnişinlərdən 1957-ci il təvəllüdlü Validə Ağa qızı Quliyeva və 1962-ci il təvəllüdlü Xatirə Muxtar qızı İsmayılova ağır xəsarətlər alıblar. Yaralılar Lənkəran Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər. Həkimlərin səylərinə baxmayaraq, Validə Ağayevanın həyatını xilas etmək mümkün olmayıb. Digər yaralının vəziyyəti isə ağırdır. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.