Gənc qadını bağ evində bıçaqladılar

Qadının hansı səbəbdən bıçaqlandığı araşdırmalardan sonra məlum olacaq

Ötən gün Bakının Xəzər rayonunda qadın bıçaqlanıb. Xəzər rayon Polis İdarəsi 1-ci polis bölməsindən Anspress-ə verilən məlumata görə, hadisə saat 18:15-də Mərdəkan kəhdindəki bağ evlərində qeydə alınıb. Verilən məlumata görə, 22 yaşlı Günay Muradova bıçaq xəsarətlərilə xəstəxanaya aparılıb. Qadının hansı səbəbdən bıçaqlandığı isə hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31