Göygöldə yanğın hadisəsi qeydə alınıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın vətəndaşa məxsus "Kamaz" markalı yük avtomobilində baş verib. Nəticədə avtomobilin kabinəsində elektrik naqilləri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31