Polis polkovniki sərxoş halda yaxalandı, avtomobili cərimə meydançasına aparıldı

Keçmiş polis rəisi, polis polkovniki Məmməd Mikayılovun başına xoşagəlməz hadisə gəlib.
 aznews.az-ın  verdiyi məlumata görə, o, avtomobilini idarə edərkən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Buna səbəb polkovnikin maşını sərxoş halda idarə etməsi olub.
Bildirilir ki, keçmiş rəis əvvəlcə yol polislərinin onu saxlamasına etiraz edib, hətta onlara hədə-qorxu da gəlib. Bütün bunlara baxmayaraq, polkovnikin qayda pozuntusu protokollaşdırılıb və onun idarə etdiyi 10- RP-400 dövlət nömrə nişanlı "Toyota Cəmry" markalı avtomobil cərimə meydançasına aparılıb.

Qeyd edək ki Məmməd Mikayılov DİN orqanlarında yüksək vəzifələrdə çalışıb, Xətai, Nəsimi və Suraxanı rayonlarının polis rəisi olub.

O, yanvarın 29-da küçə ticarəti ilə bağlı verdiyi nöqsanlara görə Daxili İşlər naziri Ramil Usubovun əmri ilə vəzifədən azad edilib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31