Lənkəranda yanacaq daşıyan avtomobil yandı: yaralı var
3 Oktyabr 2014 19:41 KriminalLənkəranda yanacaq daşıyan avtomobil yanıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub. Yanğınsöndürənlər tərəfindən hadisə yerində yanğının söndürülməsi istiqamətində aparılan iş nəticəsində "ST OIL" yanacaqdoldurma məntəqəsinin ərazisində "Coşqun" Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus "Kamaz" markalı, həcmi 30 ton olan yanacaq daşıyan avtomobilin arxa təkərləri və nasosu söndürülüb. Yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb. Avtomobilin qalan hissəsi və yanacaqdoldurma məntəqəsi yanğından mühafizə olunub. Yanğının səbəbləri araşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31