Avtoqəzada ölən sürücü 32 min manatlıq cek-potu udubmuş

Oktyabrın 2-də Qaradağ rayonunda baş vermiş hadisəsi ilə bağlı maraqlı bir fakt üzə çıxıb. "Olaylar"a daxil olan məlumata görə, hadisə zamanı dünyasını dəyişən sürücü Salıyev Fuad Polad oğlu 32 min manat Cek-potu udubmuş. Bunu təsdiq edən qəbz araşdırma zamanı mərhumun maşınında tapılıb. Xatırladaq ki, oktyabrın 2-də gecə saat 01 radələrində Qaradağ rayonu Səngəçal qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı Saatlı rayon sakini Fuad Salıyev idarə etdiyi "Mercedes" markalı avtomobili yolayırıcısına vurub. Hadisə nəticəsində sürücü və sərnişini - qızı Səbinə hadisə yerində dünyasını dəyişib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31