Bakıda gənc qız yolun ortasında can verdi
Nobel prospektində piyadaları maşın vurub
3 Oktyabr 2014 13:20 KriminalBakıda ölümlə nəticələnən yol qəzası baş verib. Hüquq-mühafizə orqanlarından Anspress-ə verilən məlumata görə, Nobel prospektində iki piyadanı avtomobil vurub. Maşın vuran şəxslər 1984-cü il təvəllüdlü Ağasif İsmayılovu və 1991-ci il təvəllüdlü Təhminə Mustafayevadır. Onlar yolu keçərkən avtomobil zərbəsinə tuş gəliblər. Zərbənin təsirindən gənc qız hadisə yerində ölüb. 30 yaşlı oğlan isə xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırmalar aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31