Bakıda qadınları yerə yıxıb...

Bakıda qadınlara qarşı soyğunçuluq edən şəxs saxlanıb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, soyğunçuluqda şübhəli bilinən Zaqatala rayon sakini Əfqan Cunayev saxlanılıb və istintaq zamanı məlum olub ki, o, sentyabrın 22-də S.S.Axundov küçəsində Nərmin Məlikməmmədovanı itələyib yıxaraq, qulağından 1 çüt sırğasını, 2 ədəd mobil telefonunu, əl çantasından 15 manat və bankomat kartını götürüb. Bundan başqa həmin şəxs sentyabrın 29-da 7-ci mikrorayonda Mirvari Hüseynovanı da yerə yıxaraq əli ilə üzündən vurub, ondan qızıl və gümüş üzüklərini, 1 cüt qızıl sırğasını və mobil telefonunu zorla alıb. Saxlanılan şəxs ətrafında araşdırmalar aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31