DİN "Kapital Bank"ın işçisinin özünü bankın həyətində güllələməsinə dair məlumat yayıb
2 Oktyabr 2014 18:21 Kriminal"Kapital Bank"ın Salyan şəhərindəki şöbəsinin inkassator-sürücüsü xidməti tapançadan atəş açaraq özünü yaralayıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 1-də saat 13 radələrində Salyan şəhərində yerləşən "Kapital Bank"ın həyətində orada inkassator-sürücü işləyən Telman İsgəndərov xidməti tapançadan atəş açaraq özünü yaralayıb. Xəstəxanaya yerləşdirilmiş T.İsgəndərov orada ölüb.
Hadisə yerindən "TT" markalı tapança götürülüb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31