Bakıda şirkətə basqın oldu

Şirkəti qarət edən şəxs saxlanılıb

Bakının Qaradağ rayonunda şirkət qarət olunub. Anspress-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə "Vüqar-4" MMC-nin ofisində baş verib. Oğrular oranın direktoru Mustafa Cabbarovun iş otağından 7600 manat oğurlayıblar. Məlumat daxil olan kimi araşdırmalar başalnıb. Qaradağ rayon Polis İdarəsi 38-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakini Zahir Quliyev tutulub. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31