“Mercedes” yolayırıcısına çırpıldı: ata və qızı öldü

Oktyabrın 2-də saat 01 radələrində Qaradağ rayonu Səngəçal qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Saatlı rayon sakini Fuad Salıyev idarə etdiyi "Mercedes" markalı avtomobili yolayırıcısına vurub. Hadisə nəticəsində sürücü və sərnişini - qızı Səbinə hadisə yerində ölüblər.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31