Axtarışda olan Türkiyə vətəndaşı Azərbaycanda tutulub

Türkiyədə axtarışda olan Türkiyə vətəndaşı Mingəçevirdə tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Türkiyə vətəndaşı Ferruh Turkis tutulub. F.Turkisin barəsində Türkiyə Cəza Qanunun bir neçə maddəsi ilə axtarış elan edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31