Bakıda oğurluq maşını qadına satdılar
2 Oktyabr 2014 14:16 KriminalBakıda maşın oğurluğu ilə məşğul olan şəxs saxlanıb. Lent.az-ın Daxili İşlər Nazirliyin saytına istinadən məlumatına görə, şəhər sakini Mehdi Mehdiyevə məxsus qaçırılmış "Peugeot" markalı avtomobil M.Hadi küçəsində Türkan Qurbanlı tərəfindən idarə edilərkən saxlanılıb. Araşdırma zamanı avtomobilin Kürdəmir rayon sakini Arif Məmmədov tərəfindən qaçırılması məlum olub. A. Məmmədovun avtomobilli T. Qurbanlıya 4200 manata sataraq etibarnamə verməsi müəyyən edilib. Faktla bağlı araşdırma davam edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31