Məktəbdə həyat yoldaşını qətlə yetirən 9,3 il cəza aldı
23 Avqust 2012 14:48 KriminalBakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Fəal İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Fəal İsmayılov 9 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, bu il yanvarın 12-də paytaxtın Nizami rayonu 272 saylı orta məktəbin həyətində, orada musiqi müəlliməsi işləyən 34 yaşlı Rəhimə İsmayılovanın bıçaqla qətlə yetirilmiş meyiti tapılıb. Rəhimə İsmayılovanı qətlə yetirmiş həyat yoldaşı Fəal İsmayılov könüllü olaraq Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə gəlib. Qatil hadisənin qısqanclıq üstündə törətdiyini bildirib. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən ittiham olunub.