Azərbaycanda 7 nəfərin qətl səbəbi sizi şoka salacaq VIDEO

Goranboyda törədilən kütləvi qətllə bağlı cinayət işi başlanıb. Goranboy rayon prokurorunun böyük köməkçisi Füzuli Əliyev APA-ya açıqlamasında bildirib ki, faktla bağlı Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə - xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla törədildikdə) və 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddələri ilə cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

***

Goranboy Rayon Porokurorluğunun böyük müstəntiqi Firdovsi Vəliyevin Kəpəz TV-yə verdiyi məlumata görə, hadisəyə səbəb Rafiq Hüseynovun 2-ci həyat yoldaşı Südabə Məmmədovanın yas mərasimində əmisi oğlu ilə görüşməsi olub. Bundan hiddətlənən ərlə arvad arasında münaqişə yaranıb və Südabə Məmmədova atası evinə gəlib. İlkin olaraq qayınları Natiq və Namiq Məmmədovları ov tüfəngi ilə vurub. Ardıncə səsə gələnlərin üzərinə F1 əl qumbarası ataraq 8-9 dəfə atəş açıb. Hadisə nəticəsində 2 nəfər Goranboy Rayon Mərkəzi xəstəxanasında dünyasını dəyişib. Daha bir azyaşlı isə həmin xəstəxanada müalicə olunur. Ovçu olan Rafiq Hüseynov könüllü olaraq polisə təslim olub.

***

Oktyabrın 1-də saat 05 radələrində Goranboy rayonunun Səfikürd kəndində rayon sakini Diləzbər Məmmədovanın yaşadığı evə gəlmiş kürəkəni Rafiq Hüseynov ailə-məişət münaqişəsi zəminində ov tüfəngindən və əl qumbarasından istifadə edərək arvadı Südabəni, qaynı Namiqi, qohumları Ofelya Məmmədovanı, Həvayət Məmmədovanı, Fərqanə Məmmədovanı və azyaşlı İsa Məmmədovu, habelə Diləzbəri qətlə yetirib. Bu barədə Trend DİN-in mətbuat xidmətinə istinadən məlumat verib. R.Hüseynov könüllü olaraq Goranboy RPŞ-yə gəlib və hadisəni törədərkən istifadə etdiyi ov tüfəngini təhvil verib.

***

Goranboyda qətlə yetirilən şəxslərin adları açıqlanıb. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, evə olunan silahlı hücum nəticəsində qətlə yetirilən şəxslər - 1958-ci il təvəllüdlü Diləzbər Alı qızı Məmmədova, 1983-cü il təvəllüdlü Fərqanə Allahyar qızı Məmmədova, 1951-ci il təvəllüdlü Ofelya İsa qızı Məmmədova, 1963-cü il təvəllüdlü Həvayət Xanlar qızı Məmmədova, 1984-cü il təvəllüdlü Südabə Allahyar qızı Hüseynova, 1989-cu il təvəllüdlü Namiq Allahyar oğlu Məmmədov və 2011-ci il təvəllüdlü İsa Elvin oğlu Məmmədovdur. Silahlı insident zamanı daha iki nəfər - 1986-cı il təvəllüdlü Namiq Məmmədov və 1988-ci il təvəllüdlü Günel Məmmədova - yaralanıb. Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən şəxs - qətlə yetirilən ailənin kürəkəni Rafiq Müzəffər oğlu Hüseynov saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

***

Bu səhər Goranboyda baş verən kütləvi qətliamın təfərrüatları bəlli olub. Qətlə yetirilən ailənin qohumlarının Anspress-ə verdikləri məlumata görə, Rafiq Müzəffər oğlu Hüseynov evə qumbara atıb. Qətlə yetirilən gəlinin əmisi oğlu Adil Məmmədovun sözlərinə görə, ölənlərdən 4-ü bir, digər 3 nəfər isə digər ailənin üzvləri olublar. Qətlə yetirilənlər arasında bir azyaşlı uşaq da var.

Ölənlər bunlardır:
Diləzbər (ana)
Fərqanə (baldız)
Südabə (gəlin)
Namiq (qardaş)
Ofilə
Həvayət
İsa (3 yaş)

Məlumata görə, ailənin bir müddət öncə ailə quran qızı Südabə dünən səhər saatlarında ata evinə qayıdıb. "Bundan sonra kənddə ov ilə məşğul olan Rafiq zəng edərək yoldaşının geri gəlməsini tələb edib. Lakin ailə üzvləri qızlarını geri verməyəcəklərini deyiblər. Bundan sonra Rafiq gecə saatlarında evə hücum edib".

***

Öldürülənin gəlinin əmisi oğlu Adil adlı şəxsin Anspress-ə verdiyi məlumata görə, qətliamı törədən Rafiq Hüseynov həyat yoldaşını döyüb. Atası evinə gedən arvadına zəng vuran Rafiq onun geri gəlib-gəlməyəcəyi ilə maraqlanıb. Yaxınları qızlarını buraxmayacaqlarını bildirdikdə Rafiq qaynatasıgilə gələrək evə qumbara atıb.

***

Goranboyda baş verən kütləvi qətlin təfərrüatları məlum olub. Anspress-in məlumatına görə, hadisə Goranboyun Səfikürd kəndində qeydə alınıb. Qətli törədən şəxs ailənin yeznəsi olub. Ailə bir ay imiş ki, həmin şəxslə qohum olub. Kənd sakinlərinin anspress-ə verdikləri məlumata görə, qətli törədən Rafiq adlı şəxs olub. İlkin ehtimala görə, Rafiq bir ay əvvəl ailə həyatı qurduğu həyat yoldaşını gecə saatlarında möhkəm döyüb. Qadın ata evinə gəlib. Hüseynov Rafiq Müzəffər oğlu səhər saatlarında qaynatasıgilə gələrək avtomat silahla evdə olan qaynanası, həyat yoldaşı, qayınları, baldızı və evin gəlinlərini güllələyib.

***
 

Goranboyda 7 nəfəri qətlə yetirdiyi iddia olunan şəxs həbs olunub.

Bu barədə "Qafqazinfo"ya hüquq mühafizə orqanlarından məlumat daxil olub. Hadisəni törədən şəxs 1978-ci il təvəllüdlü Hüseynov Rafiqdir. Məlumata görə, həmin şəxs ailənin yaxın qohumudur.

***

Goranboy rayonunda kütləvi qətl törədilib. Goranboy Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, silahla evə hücum edən şəxs evdə 7 nəfəri öldürüb, 2 nəfəri isə yaralayıb. Hadisə bu gün səhər saat 4:00 radələrində baş verib. Yaralılar 28 yaşlı Natiq Məmmədov və 30 yaşlı Günel Məmmədova Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Hadisənin ailə münaqişəsi zəmində baş verdiyi ehtimal edilir. Goranboy Rayon Prokurorluğunun əməkdaşları hadisə yerindədirlər. Faktla bağlı cinayət işi açılıb, istintaq gedir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31