Xaçmazda ev külə döndü

Xaçmaz rayonunda güclü yanğın hadisəsi baş verib. "Olaylar" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, rayonun  Arzu kəndində (rayon mərkəzindən  14 km aralı) vətəndaşa məxsus  ümumi sahəsi 32 kv.m. olan 1 mərtəbəli 2 otaqlı evin yanar konstruksiyası ev əşyaları ilə birlikdə yanıb.  Yanğından yaxınlıqdakı tikililər mühafizə olunub. Həmçinin, Ucar rayonu, Məlikballı kəndində (rayon mərkəzindən 23 km aralı) vətəndaşa məxsus  həyətyanı sahəyə yığılmış 7 ton ot bağlamasının 3 tonu yanmışdır. Yanğından ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tövlə mühafizə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31