Bakıda silsilə oğurluq edən qrup üzvləri saxlanılıb

Bakıda silsilə oğurluq edən şəxslər saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Nəsimi rayonunda cibgirlikdə şübhəli bilinən, əvvəllər məhkum olan-  İltifat Ağabalayevin, Mahir Bədəlovdun, Məhəmməd Bağırovun və Bisuddin Süleymanovun hər birindən 10 qramdan artıq tiryək aşkar edilərək götürülüb. İstintaq zamanı məlum olub ki, bu şəxslər sentyabrın 17-də 28 May küçəsində yerləşən, Aygün Hacılıya məxsus ofisdən noutbuk oğurlayıblar. Sentyabrın 27-də həmin küçədəki mebel mağazasında masanın üzərindən İlqar Niftəliyevin mobil telefonunu, pencəyinin cibindən isə içərisində şəxsiyyət vəsiqəsi, sosial və bankomat kartları olan pul kisəsini götürüblər. Eləcə də, qrup üzvləri sentyabrın 29-da Puşkin küçəsində yerləşən mağazada Gülxara Niftiyevanın və Azadlıq prospektində yerləşən ticarət mərkəzində Ruhiyyə Aydınovanın əl çantalarından mobil telefonlar oğurlayıblar. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31