Bakıda şirkət direktorunun otağından külli miqdarda pul apardılar
1 Oktyabr 2014 15:47 KriminalBakıda şirkət direktorun otağından külli miqdarda pul oğurlanıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, sentyabrın 25-də "Vüqar-4" MMC-nin ofisindən oranın direktoru Mustafa Cabbarovun iş otağından 7600 manat oğurlanıb. Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Cəlilabad rayon sakini Zahir Quliyev tutulub. Faktla bağlı araşdırmalar davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31