DİN Goranboydakı qətliamla bağlı məlumat yaydı
1 Oktyabr 2014 13:27 KriminalDaxili İşlər Nazirliyi Goranboyda baş verən dəhşətli qətliam barədə məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, oktyabrın 1-də saat 05 radələrində Goranboy rayonunun Səfikürd kəndində rayon sakini Diləzbər Məmmədovanın yaşadığı evə gəlmiş kürəkəni Rafiq Hüseynov ailə-məişət münaqişəsi zəminində ov tüfəngindən və əl qumbarasından istifadə edərək arvadı Südabəni, qaynı Namiqi, qohumları Ofelya Məmmədovanı, Həvayət Məmmədovanı, Fərqanə Məmmədovanı və azyaşlı İsa Məmmədovu, habelə Diləzbəri qətlə yetirib. R.Hüseynov könüllü olaraq Goranboy RPŞ-yə gəlib və hadisəni törədərkən istifadə etdiyi ov tüfəngini təhvil verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31