Azərbaycanda kütləvi qətl: öldürülən 7 nəfərin adları məlum oldu - YENİLƏNİB - TƏFƏRRÜAT

Bu səhər Goranboyda baş verən kütləvi qətliamın təfərrüatları bəlli olub. Qətlə yetirilən ailənin qohumlarının Anspress-ə verdikləri məlumata görə, Rafiq Müzəffər oğlu Hüseynov evə qumbara atıb.Qətlə yetirilən gəlinin əmisi oğlu Adil Məmmədovun sözlərinə görə, ölənlərdən 4-ü bir, digər 3 nəfər isə digər ailənin üzvləri olublar.Qətlə yetirilənlər arasında bir azyaşlı uşaq da var.

Ölənlər bunlardır:
Diləzbər (ana)
Fərqanə (baldız)
Südabə (gəlin)
Namiq (qardaş)
Ofilə
Həvayət
İsa (3 yaş)

Məlumata görə, ailənin bir müddət öncə ailə quran qızı Südabə dünən səhər saatlarında ata evinə qayıdıb. "Bundan sonra kənddə ov ilə məşğul olan Rafiq zəng edərək yoldaşının geri gəlməsini tələb edib. Lakin ailə üzvləri qızlarını geri verməyəcəklərini deyiblər. Bundan sonra Rafiq gecə saatlarında evə hücum edib".

---------
10:25

Öldürülənin gəlinin əmisi oğlu Adil adlı şəxsin Anspress-ə verdiyi məlumata görə, qətliamı törədən Rafiq Hüseynov həyat yoldaşını döyüb. Atası evinə gedən arvadına zəng vuran Rafiq onun geri gəlib-gəlməyəcəyi ilə maraqlanıb. Yaxınları qızlarını buraxmayacaqlarını bildirdikdə Rafiq qaynatasıgilə gələrək evə qumbara atıb.

---------
10:21

Goranboyda baş verən kütləvi qətlin təfərrüatları məlum olub. Anspress-in məlumatına görə, hadisə Goranboyun Səfikürd kəndində qeydə alınıb. Qətli törədən şəxs ailənin yeznəsi olub. Ailə bir ay imiş ki, həmin şəxslə qohum olub.

Kənd sakinlərinin anspress-ə verdikləri məlumata görə, qətli törədən Rafiq adlı şəxs olub. İlkin ehtimala görə, Rafiq bir ay əvvəl ailə həyatı qurduğu həyat yoldaşını gecə saatlarında möhkəm döyüb. Qadın ata evinə gəlib. Hüseynov Rafiq Müzəffər oğlu səhər saatlarında qaynatasıgilə gələrək avtomat silahla evdə olan qaynanası, həyat yoldaşı, qayınları, baldızı və evin gəlinlərini güllələyib.

---------
10:18

Goranboyda 7 nəfəri qətlə yetirdiyi iddia olunan şəxs həbs olunub.

Bu barədə "Qafqazinfo"ya hüquq mühafizə orqanlarından məlumat daxil olub. Hadisəni törədən şəxs 1978-ci il təvəllüdlü Hüseynov Rafiqdir. Məlumata görə, həmin şəxs ailənin yaxın qohumudur.

--------
09:50

Goranboy rayonunda kütləvi qətl törədilib.

Goranboy Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, silahla evə hücum edən şəxs evdə 7 nəfəri öldürüb, 2 nəfəri isə yaralayıb.

Hadisə bu gün səhər saat 4:00 radələrində baş verib. Yaralılar 28 yaşlı Natiq Məmmədov və 30 yaşlı Günel Məmmədova Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Hadisənin ailə münaqişəsi zəmində baş verdiyi ehtimal edilir.

Goranboy Rayon Prokurorluğunun əməkdaşları hadisə yerindədirlər. Faktla bağlı cinayət işi açılıb, istintaq gedir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31