Azərbaycanda kütləvi qətl: 7 nəfər öldürüldü

Goranboy rayonunda kütləvi qətl törədilib.Goranboy Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, silahla evə hücum edən şəxs evdə 7 nəfəri öldürüb, 2 nəfəri isə yaralayıb.Hadisə bu gün səhər saat 4:00 radələrində baş verib. Yaralılar 28 yaşlı Natiq Məmmədov və 30 yaşlı Günel Məmmədova Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Hadisənin ailə münaqişəsi zəmində baş verdiyi ehtimal edilir.Goranboy Rayon Prokurorluğunun əməkdaşları hadisə yerindədirlər. Faktla bağlı cinayət işi açılıb, istintaq gedir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31