Qubada 79 yaşlı kişi qəza törətdi

Ötən gün axşam saatlarında Quba-Xudat yolunun Qubanın Vladimirovka kəndi ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib. 79 yaşlı Quba rayonu Aşağı Xuc kənd sakini Fətulla Abdurrəhmanovun idarə etdiyi 40 BD 617 qeydiyyat nişanlı "VAZ 21 06" markalı nəqliyyat vasitəsi magistrala çıxarkən Xudatdan Quba istiqamətində hərəkət edən 90 EJ 256 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil tərəfindən vurulub. Nəticədə "VAZ 21 06"-da olan 3 nəfər və "Mercedes"də olan 2 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan "Vaz 21 06"-nın sürücüsü Fətulla Abrurrəhmanovun və "Mercedes"-dəki sərnişin 18 yaşlı Bakı şəhər sakini Günel Abdullayevanın vəziyyəti ağır olduğu üçün Quba Mərkəzi rayon Xəstəxanasına aparılıb. Xəstəxanadan RTV-yə verilən məlumata görə, ilkin yardım göstərildikdən sonra onlar ambulator qaydada müalicəyə buraxılıb. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31