Azərbaycanda film kimi cinayət VIDEO

Qızı qaçırmaq istəyən gənc sonda üstünə benzin tökərək yandırıb

Bu gün saat 14:55 radələrin Bakı-Quba-Rusiya yolunun 145-ci kilometrliyində qız qaçırmaq istəyən gənc faciəvi şəkildə ölüb. Anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, 1983-cü il təvəllüdlü Mansur Mahir oğlu Yaqubov Sumqayıt şəhər sakini Lalə Fəxrəddin qızı Xanıyevanı qaçırıb. Gənc qızı "Mercedes" markalı 50 CP 716 dövlət nömrə nişanlı avtomaşını ilə qaçırıb. Lakin qız buna mane olub. Qız qapını açaraq qaçmaq istəyib. Gənc əlindəki benzini üstlərinə tökərək yandırmaq istəyib. Bu zaman avtomobil yol kənarındakı dəmir maneəyə çırplıb. Hadisə nəticəsində Mansur Yaqubov yanaraq ölüb. Qaçırdığı qız Lalə Xanıyeva isə yüngül yanıb. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırmalar aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31