Qız qaçıran oğlanı tutdular

Hadisə Mingəçevirdə qeydə alınıb

Bir neçə gün bundan əvvəl Mingəçevirdə qız qaçıran gənc tutulub. Mingəçevir şəhər polis şöbəsindən Anspress-ə verilən məlumata görə, sentyabrın 19-da şəhər sakini, 1989-cu il təvəllüdlü Səyahət Məzahir oğlu Məmmədov 17 yaşı N.A.-nı qaçırmağa cəhd edib. O, qızı "VAZ-2107" markalı avtomobilə zorla mindirib. Avtomobil hərəkət edən zaman qız maşından düşərək qaçıb. Lakin oğlan yenidən qızı tutub və maşına təkrar mindirərək qaçırıb. Şikayət əsasında Mingəçevir polis şöbəsi əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Keçirilən əməliyyat zamanı Səyahət Məmmədov saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31