Bakıda maşın oğurlayan azyaşlılardan ibarət mütəşəkkil dəstə tutuldu
30 Sentyabr 2014 16:16 KriminalBakıda avtomobil oğurluğu ilə məşğul olan azyaşlılardan ibarət dəstə yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, sentyabrın 28-nə keçən gecə Xəzər rayonu Binə qəsəbəsindən qəsəbə sakini Maksim Məmmədova məxsus "VAZ-2101" markalı avtomobil qaçırılıb. Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmış qəsəbə sakinləri 16 yaşlı 3 oğlan (R.Z, X.S və X.İ) tutulub. R.Z-nın ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakini, 15 yaşlı oğlan (Q.Q) ilə birgə sentyabrın 8-də Arif Əliyevə məxsus "Saipa" markalı avtomobili qaçırması da müəyyən edilib və o da saxlanılıb. Xəzər RPİ tərəfindən araşdırma aparılır.